Allahşükür Paşazadə: Necə ola bilər ki, İmam Hüseyn bir müsəlmana əziz olsun, digərinə yox?

Azərbaycanda qarşıdurma, iğtişaş yaratmaq istəyənlər var və onlar buna məscidlərdən başlamaq istəyirlər.
 
Maide.az xəbər verir ki, APA-nın məlumatına görə, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə Məhərrəm ayının başlanması ilə bağlı bu gün keçirilən tədbirdə deyib.
 
A.Paşazadə qeyd edib ki, onların fikri məscidlərdə kifayətlənmək deyil: “İmkan verilsə, bunu kütləvi formaya keçirərlər”.
 
Şeyxülislam qarşıdan gələn Aşura gününə də diqqət çəkib:
 
“Sünni, şiə, yaxud bu günü yad hesab edən digər təriqətlər nəyisə bəhanə edib qarışıqlıq yarada bilər. Amma bu, İslama uyğun deyil. Necə ola bilər ki, İmam Hüseyn (ə) bir müsəlmana əziz olsun, digərinə yox? Təbii ki, belə ola bilməz və bunu bəhanə edənlər var”.

Google+ WhatsApp ok.ru