Allahın haqq cəbhəsinin qələbəsi ilə bağlı qəti vədi var

Allahın haqq cəbhəsinin qələbəsi ilə bağlı qəti vədi var

-- Bu şərtlərə riayət ediləcəyi təqdirdə həmin vəd...

Cümə axşamı günü Xubriqan Məclisinin sədi və üzvləri ilə görüşdə Allahın yardımının haqq cəbhəsinə verilmiş qəti, əminlik yaradan və sevindirici bir vəd olduğunu deyən  Ali Rəhbər  Ayətullah Xamenei əziz İranın parlaq gələcəyinə işarə edərək dedi: “Allahın bu qəti vədinin gerçəkləşməsi cəmiyyətə iman hissinin aşılanması sahəsində alimlərin, dövlət, təhsil və təbliğat idarələrinin məsul şəxslərinin üzərinə düşən vəzifələri yerinə yetirməsi, əməldə təqvaya bağlı olmaları, dəbdəbəli həyat tərzindən uzaq durmaları, səy, təlaş və sabitlikləri ilə şərtlənir”.
 
Maide.Az "Leader.ir" saytına istinadən xəbər verir ki,  Ayətullah Xamenei , Xubriqan Məclisinin yüksək siyasi həssaslığa və həddən artqı böyük mövqeyə malik olduğunu vurğulayaraq dedi: “Bu məclisdə yüksək alimlər təmsil olunmaqla yanaşı, əslində, o, din və siyasətin çulğalaşmasının canlı simvoludur”.
 
Ayətullah Xamenei İranın siyasi, iqtisadi, sosial, mədəni və təhlükəsizlik sahələrində düşmənlərin hərtərəfli hücumlarına qarşı ciddi mübarizə və müharibə apardığına toxunub: “Əlbəttə, bu vəziyyətə etiraz edən insanlar var və onlar hesab edirlər ki, bu müharibəni İslam Respubliaksı başlayıb. Ancaq bu təsəvvür bir növ məlumatsızlıqdan irəli gəlir. Çünki İslam Respublikasının və dini hökumətin təkcə varlığı, İslam dövlətinin tövhid, sosial ədalət, zülmlə mübarizə, məzlumun himayə edilməsi kimi məqsəd və ideayaları din düşmənlərini müharibə və hücuma vadar edir. Quran ayələrinin təkrar-təkrar qeyd etdiyi kimi, haqq cəbhəsi bütün tarix boyu daim batil cəbhəsinin hücumuna məruz qalmışdır”.
 
Ayətullah Xamenei  haqla batilin davamlı qarşılaşmasında Allahın haqq cəbhəsinin qələbəsi ilə bağlı qəti vədinin olduğunu bildirib: “Bu vədin həyata keçməsi iman əhlinin doğru niyyəti, səbr, bəsirət və əzmkarlığı ilə şərtlənir. Bu şərtlərə riayət ediləcəyi təqdirdə həmin vəd Allahın qəti və dəyişməz qanununa çevrilir”.
 
O qeyd etdi ki, Quranda Allahın haqq cəbhəsinin yanında olduğunu və onu himayə etdiyini təkra-təkrar ifadə edən müxtəlif ayələr çox mühüm əhəmiyyət daşımaqla yanaşı, həm də əminlik bəxş edən və ümidverici ayələrdəndir: “Peyğəməbrlər və ilahi rəhbərlər ilahi vədə iman etməklə və onun gerçəkləşməsini təmin edən şərtlərə etimad göstərməklə tarixin ayrı-ayrı dövrlərində bu vədi gerçəkləşdirmişlər. Müqəddəs müdafiə və İslam İnqilabının qələbəsində də biz Allahın bu yardımı və dəstəyinin şahidi olduq”.
 
Ayətullah Xamenei vurğuladı ki, iman, təqva, səbr və yaxşılıq qadir Allahın yardım və dəstək şərtlərindəndir: “Məsul şəxslər, alimlər, sözləri mənbələr və digər tribunlardan eşidilən şəxslər, habelə təlim-tərbiyə, ali təhsil idarələri, xüsusilə teleradio kimi böyük qurumlar lazımi proqram və mərkəzləşmə ilə Allahın yardım vədinin şərtlərinin reallaşdırılması, yəni iman, təqva və yaxşılıq hisslərinin aşılanması prinsipini əməli müstəvidə həyata keçirsinlər”.
 
O bildirdi ki, ölkənin ABŞ və sionizm cəbhəsinin siyasi, maliyyə, hərbi, təhlükəsizlik və mədəni hücumuna qarşı mübarizədə müqaviməti və uğurları xalqın və gənclərin böyük bir hissəsinin iman və təqvasının bərəkətindəndir: “Xalqın fədakarlıqları, yeni cücərtilər və höcəcilər müəyyən həddə qədər Allahın diqqət və himayəsini cəlb etmişlər. Allahın rəhmət və dəstək dairəsini genişləndirmək üçün cəmiyyətin imanının gücləndirilməsi işini daha da inkişaf etdirmək lazımdır”.
 
Ali Rəhbər qeyd etdi ki, alim və məsul şəxləsrin, o cümlədən Xubriqan Məclisinin nümayəndələrinin əməli fəaliyyəti şifahi təbliğatdan daha çox təsir göstərəcək: “Dünyapərəstlik və dəbdəbədən qorunmaq, alimlər və məsul şəxslərin ciddi səy və fəaliyyəti - hətta insanların gözləri önünüdə olmasa da – ilahi rəhmətin cəlbinə və insanlara daha çox təsir göstərilməsinə səbəb olacaq. Bizim söz və əməlimiz arasında təzad görmədikdə xalqın da imanı güclənəcək və daha böyük əminliklə doğru yolda hərəkət edəcək”.
 
O vurğuladı ki, əməl adamı olmaq və insanların əməli şəkildə yönləndirilməsi İmam Xomeyninin (r.ə) möcüzəyə bənzər uğur səbəblərindən olmuşdur: “Bu nüansların gerçəkləşməsi Allahın yardımına səbəb olacaq. Allahın yardımından fayudalansaq, hegemon güclərə də qarşı şücaətlə, eyni zamanda ayıq və effektiv şəkildə mübarizə apararıq”.
 
Ayətullah Xamenei yeni cücərtilər, gənc və ümidverici nəslin bütün sahələrdəki iştirakı ilə bağlı verilmiş dəqiq məlumata çox sevindiyini dedi: “İmamı və Müqəddəs müdafiəni belə, görməmiş mömin və fəal gənclərdən ibarət böyük bir ordu qətiyyətlə və dərin etiqadla İnqilabın hədəflərini izləyir”.
 
O əlavə etdi: “Ölkədə gənclərdən ibarət çoşqulu və canlı bir hərəkət var ki, İranın gələcəyinin indikindən daha yaxşı olacağı ilə bağlı inamımı həmişəkindən daha möhkəm etmişdir”.
 
Ayətullah Xamenei əlavə etdi: “Əlbəttə, xalqın məişət və sair problemlərindən xəbərimiz var. Ancaq hesab edirik ki, ölkədə həlli mümkün olmayan heç bir problem yoxdur. İnşallah gələcək bir neçə gündə bu məsələ haqqında xalqla söhət eədəcəyəm”.
 
 Ayətullah Xamenei bərəkət dolu Rəcəb ayının yaxınlaşmasına işarə edərək bu ayın yalvarış, təvəssül və Allaha yaxınlaşmaq üçün bir fürsət olduğunu dedi.
 

Google+ WhatsApp ok.ru