İşğalçıların keçmiş prezidenti terrordan danışdı

İşğalçı İsrail rejiminin keçmiş prezidenti Şimon Peres Türkiyə və Qətəri "terroru maliyyələşdirməkdə" ittiham edib.
 
Peres deyib ki, "terroru maliyyələşdirdiklərinə görə, Qətər və Türkiyə cəzalandırılsın".
 
O, eyni zamanda  Qətər  və Türkiyənin  iqtisadi  blokadaya alınmasının məqsədəuyğun olduğunu  da qeyd edib.
 
Açıqlamanın ən gülməli tərəfi isə odur ki, sionist rejimin keçmiş başçısı ölkəsinin terrora məruz qaldığını söyləyib. Hansı ki, 7 iyuldan başlayaraq 51 gün davam edən bombardman nəticəsində İsrail rejimi Fələstində 2200 dinc fələstinlini qətlə yetirmiş, 10000-dən çox insanı yaralamış, şəhər infrastrukturunu məhv etmiş, minlərlə evi xarabazara çevirmişdi.

Google+ WhatsApp ok.ru