Bəqərə, 58. Və (yadınıza salın) o zaman(ı) ki, dedik: «Bu şəhərə (Beytül-Müqəddəsə) daxil olun və oranın istədiyiniz yerindən bolluca yeyin və bu qapıdan (şəhərin, ya Məscidül-Əqsanın qapısından) səcdə halında daxil olun və «(İlahi, bizim istəyimiz) günahların tökülməsidir» deyin ki, sizin səhvlərinizi bağışlayaq. Biz yaxşı iş görənləri(n savabını) artıracağıq.

Həzrət Əli (ə) buyurur:
“Büdrəməmək üçün əvvəlcə düşün, sonra danış.”



Alman yazarın dilində müsəlmanlar və Quran haqqında həqiqətlər

-- son 220 ildə müsəlman ölkələrinə 60-dan çox hücum olunub, lakin heç bir müsəlman ölkəsi Qərbə hücum etməyib

Tarix : 12-03-2018 10:30

“İŞİD-lə 10 gün” adlı kitabın yazarı, alman yazıçı Yurqen Tudenhafer sağçı partiyaların Almaniyadakı müsəlmanlar və Quran haqqında bilmələri lazım olan həqiqətlər barədə danışıb.
 
Maide.az “İQNA”ya istinadən xəbər verir ki, o, video müraciətini əsasən radikal sağçı AfD (Almanya üçün alternativ) və CSU (Xristian Sosial Birliyi) partiyalarına ünvanlayıb.
 
Y.Tudenhafer, Almaniyada yaşayan 4,3 milyon müsəlman əhalinin 90 faizinin ölkədəki demokratik vəziyyətdən razı olduqlarını bildirib. Lakin, qeyri-müsəlman əhali isə bunun əksini düşünür.
 
O qeyd edib ki, Almaniyadakı 11 min məscid və İslam dərnəyi olmasına baxmayaraq, sadəcə məsciddən azan səsi eşidilir.
 
Yazıçı bildirib ki, Almaniyada şiddətə meylli 1200 radikal islamçı var. Bu, Almaniya əhalisinin sadəcə 0,01 faizini təşkil edir. Lakin, bu vaxta qədər burada heç kim radikal müsəlman tərəfindən öldürülməyib. Amma 180 müsəlman radikal sağçılar tərəfindən qətlə yetirilib.
 
Y.Tudenhafer sözlərinə əlavə edib ki, öldürmək İslamda qadağandır. Dünyadakı İslam alimləri terrorçuların hücumlarına qarşıdır. Qurani-Kərimin 114 surəsindən 113-ü “Bağışlayan və mehriban Allahın adı ilə” cümləsi ilə başlayır. Surələrin sadəcə 2,1 faizində Peyğəmbərin (s.a.s) döyüşlərindən bəhs edilir. İŞİD və digər radikal qruplar isə bunlardan sui-istifadə edərək, pis məqsədlər üçün istifadə edirlər.
 
Son illərdə Qərb ölkələrinin İslam dünyasına qarşı aqresiv olduğunu deyən yazıçı, son 220 ildə müsəlman ölkələrinə 60-dan çox hücum olduğunu bildirib. Lakin, bu illər ərzində heç bir müsəlman ölkəsi Qərbə hücum etməyib.
 
Tudenhafer son olaraq əlavə edib ki, Yəhudilik və Xristianlıq İslam dinində ilahi dinlər kimi qəbul edilir. Qurani-Kərim isə göndərilən son kitabdır. Bu kitabda Məhəmməd peyğəmbərin (s.a.s) adı sadəcə 4 dəfə, İsa peyğəmbərin (ə) adı 25 dəfə, həzrəti Məryəmin (ə.s) adı 34 dəfə, Musa peyğəmbərin (ə) adı isə 136 dəfə çəkilib.
 
 


Orphus system Mətndə səhv var? Onu mausla seçin və "Ctrl+Enter" düyməsini basın 

Bölmənin digər yazıları



XƏBƏR LENTİ

XƏBƏRLƏRİN ARXİVİ





Namaz vaxtları

Sübh Azanı
Günəş Çıxır
Günorta Azanı
Axşam Azanı
Gecə Yarısı
03:24
05:11
12:43
20:32
23:50
Bölgələrdə vaxt ölçüsünün Bakı ilə fərqi (dəqiqə)

Ağdam +11, Ağdaş +10, Ağsu +5, Ağcabədi +10, Ağstafa +18, Astara +4, Babək +18, Balakən +5, Beyləqan +10, Bərdə +11, Cəlilabad +6, Cəbrayıl +12, Culfa +18, Daşkəsən +15, Şabran +4, Şirvan +4, Füzul +11, Göyçay +8, Gəncə +14, Gədəbəy +16, Goranboy +12, Horadiz +10, Göygöl +14, Xaçmaz +4, İsmayıllı +6, İmişli +7, Kəlbəcər +15, Kürdəmir +6, Qax +11, Qazax +19, Qazıməmməd +4, Qəbələ +8, Quba +5, Qusar +4, Laçın +14, Lənkəran +5, Lerik +7, Masallı +5, Mərəzə +3, Mingəçevir +11, Marneuli (Tiflis) +20, Naxçıvan +18, Neftçala +3, Oğuz +11, Ordubad +16, Saatlı +6, Sabirabad +6, Salyan +4, Siyəzən +3, Sumqayıt +1, Şamaxı +6, Şahbuz +18, Şəki +12, Şəmkir +15, Şərur +18, Şuşa +13, Tərtər +12, Tovuz +16, Yardımlı +8, Yevlax +11, Ucar +8, Zaqatala +15, Zəngilan +13, Zərdab +9

|
Gün Ay İl
Miladi
Hicri

              

Həftənin günü: Julian Day:

1 Məhərrəm 7 Rəcəb
2 Səfər 8 Şaban
3 Rəbiul-əvvəl 9 Ramazan
4 Rəbiul-axır 10 Şəvval
5 Cəmadil-əvvəl 11 Zilqədə
6 Cəmadiul-axır 12 Zilhiccə

YAZARLAR

Sorğu

Saytımızda hansı mövzularda məqalələrin daha çox olmasını istərdiniz?
Əhkam
Əqaid
Quran
Əxlaq
Ailə
Həyat dərsləri
Sağlamlıq
Xəbərlər

Arxiv



XƏBƏRLƏRƏ ABUNƏ

Buradan abunə olaraq gün ərzində saytımıza yerləşdirilən məlumatları elektron poçtunuzdan oxuya bilərsiniz





SOSİAL MEDİA





Saytın Xəritəsi

Saytımızı tam şəkildə izləmək üçün GoogleCrome10+, Opera 9+,Yandex brazerlərindən istifadə edin.

25-06-2018 03:30