Alman iqtisadçı: ‘Dünya böhran ərəfəsindədir’

Alman iqtisadçı: ‘Dünya böhran ərəfəsindədir’

Almaniyanın nüfuzlu İfo institutunun rəhbəri Alman televiziyası SWR-ə müsahibəsində deyib ki, koronavirus böhranı Almaniyada tənəzzülə səbəb olacaq.
 
İqtisadçı Clemens Fuest jurnalistlərə bildirib ki, onun fikrincə, dünya iqtisadi böhran astanasındadır və bəzi göstəricilər hətta 2008-ci il böhranını xatırladır.
 
O bildirib ki Almaniya hökuməti qısa müddətli iş icazə təmin etməklə doğru addım atıb, amma irəlidə görüləcək başqa xeyli iş var. /azadliq.org
 

Google+ WhatsApp ok.ru