Almaniya ordusunda camaat namazı qılmaq üçün imamlar təyin oluna bilər

Almaniya ordusunda camaat namazı qılmaq üçün imamlar təyin oluna bilər

-- Almaniya silahlı qüvvələrində 1500 nəfərdən çox müsəlman əsgər və...

 Almaniya Silahlı Qoşunlarında müsəlman əsgər və zabitlər üçün camaat namazı qılmaq üçün immaların işə götürülməsini təklif olunub.  Bunu Almaniya federal parlamentinin silahlı qüvvələr üzrə komissarı deyib. 
 
Maide.Az “İQNA” – a istinadən xəbər verir ki, təklif Almaniya hərbi qoşunlarında xidmətdə olan müsəlman əsgər və zabitlərin dini işlərinin idarəsinə göndərilib. 
 
Məlumatda bildirilir ki, bu barədə qanun qəbul edildikdən sonra isə camaat imamı və ruhani kimi fəaliyyət göstərmək istəyənlər könüllü şəkildə silahlı qüvvələrdə işə götürülə bilər.
 
Almaniya federal parlamentinin silahlı qüvvələr komissarı Hans Piter Bartlız bildirib ki, Almaniya silahlı qüvvələrində 1500 nəfərdən çox müsəlman əsgər və zabit hərbi xidmətdədir. Bu əsgərlərin müxtəlif məzhəblərdən olması və ölkənin müxtəlif yerlərində pərakəndə halında olmaları onlar üçün camaat imamı və ruhani təyin etmək məsələsini çətinləşdirib.
 
Buna görə də Almaniya Müdafiə Nazirliyi bu məsələnin gündəmə gəlməsindən altı ildən çox keçməsinə baxmayaraq hələ də bu barədə qəti bir qərar qəbul edə bilmir. 
 
Qeyd edək ki, cari ilin Fevral ayının sonlarında Almaniyanın Mərkəzi İslami Şurası silahlı qoşunlarda camaat imamlarının xidmətə götürülməsi barədə təşəbbüs irəli sürmüş və məsələ qaldırmışdı.
 
 

Google+ WhatsApp ok.ru