Almaniya 20 türkü casusluqda şübhəli bilir 07 Aprel 2017 01:00 Dünya Almaniya hökuməti 10 Türkiyə vətəndaşının casusluqla məşğul olması şübhələrini araşdırır. Bu barədə aprelin 6-da "Die Welt" qəzeti yazıb. Hökumət almaniyalı deputat Sevim Dağdelenin bu haqda sorğusunu cavablandırıb. Bu arada NATO-nun bu iki müttəfiqinin münasibətləri gərgindir. Belə ki, Berlin türk nazirlərin 16 aprel referendum öncəsi Almaniya ərazisində təbliğat aparmasına icazə verməyib. Bundan sonra Türkiyə prezidenti Recep Tayyip Erdoğan "nasist taktikası" ittihamları səsləndirib. "20 ŞÜBHƏLİYLƏ BAĞLI TƏHQİQAT GEDİR" Almaniya prokurorluğu ötən ay bildirmişdi ki, Türkiyəyə casusluq ittihamlarıyla bağlı təhqiqat aparır. O zaman şübhələrin Türkiyə Kəşfiyyat Agentliyinə (MIT) qarşı yönəldiyi qeyd olunurdu. Bu qurumun ABŞ-da yaşayan ilahiyyatçı Fethullah Gülen tərəfdarlarını izlədiyi söylənirdi. Ankara Gülen-i ötən iyuldakı çevriliş cəhdinin təşkilində ittiham edir, Gülen bu ittihamları danır. "Hal-hazırda Türkiyə hökuməti adından gizli xidmət casusu fəaliyyəti gerçəkləşdirən 20 şübhəliylə bağlı təhqiqat gedir", – "Die Welt"in yazdığına görə, hökumətin deputata cavabında belə deyilir. "Reuters" xəbər agentliyi fevralda alman polisinin dörd imamın mənzilində axtarış apardığını yada salır. Onlar Gülen tərəfdarlarını izləməkdə şübhəli sayılırdılar. "Deutche Welle" radiosu isə həmin 20 şəxsin islamçı ruhanilər, yaxud imamlar olduğunun açıqlanmadığını vurğulayır. Almaniya Daxili İşlər Nazirliyindən "The Associated Press" agentliyinə bildirilib ki, 16 bəlli şübhəli və daha 4 nəfərlə bağlı təhqiqat gedir. Amma Almaniya ərazisində hələ neçə belə şübhəlinin olduğu açıqlanmayıb. (azadlıqradiosu) / Teqlər : #Almaniya 20 türkü casusluqda şübhəli bilir, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Rusiya XİN: Suriya dövləti 2014-cü ildə Amerikanın iştirakı ilə bütün kimyəvi silahları ölkədən çıxarıb Rusiya ABŞ-a cavab olaraq S-300 və S-400 raketlərini işə saldı
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO