Almaniya əsgərlərini Suriyaya göndərmək istəyir

Almaniya əsgərlərini Suriyaya göndərmək istəyir

Almaniyanın müdafiə naziri Ursula Von der Leyen Almaniya əsgərlərinin də iştirak etdiyi bir BMT sülhməramlı qüvvəsinin Suriyaya göndərilməli olduğunu bildirib.
 
Deyerler.org xəbər verir ki, Die Velt qəzetinə açıqlama verən Von der Leyen belə danışıb: "Suriya xalqı BMT tərəfindən qorunmalıdır. BMT missiyasında Almaniya da daxil olmaqla Avropanın iştirakı lazımdır".
Von der Leyen hesab edir ki, Suriyaya BMT sülhməramlı qüvvələrin göndərilməsi, ancaq Rusiya və ABŞ-ın bu ölkədəki qarşıdurmaların başa çatdırması və siyasi həllin təmin etməsindən sonra gündəmə gələ bilər.
Von der Leyen Bundesverə, yəni Almaniya ordusunun sülhməramlı qüvvəsi çərçivəsində əsgərini Suriyaya göndərməyə hazırlaşmasının lazım olduğunu qeyd edib.
 

Google+ WhatsApp ok.ru