Almaniya aeroportlarında tətil başladı - 500-dən çox reys təxirə salındı

Almaniya aeroportlarında tətil başladı - 500-dən çox reys təxirə salındı

Almaniyanın 8 aeroportunda təhlükəsizlik xidməti əməkdaşları növbəti dəfə tətil keçirir.
 
Maide.Az bildirir ki, Trend-in məlumatına görə, tətillə Bremen, Hamburq, Hannover, Drezden, Leypsiq, Münhen, Erfurt və ölkənin ən iri hava limanı Frankfurtda keçirilir.
 
Qeyd olunur ki, bu aksiya ümumilikdə 220 min sərnişinə təsir göstərəcək.
 
Səhər saatlarından etibarən başlayan tətil müxtəlif saatlarda – yerli vaxtla saat 18:00 və 00:00 saatları arasında dayandırılacaq.
 
Hələlik nə qədər reysin təxirə salınacağı məlum deyil. Təkcə Frankfurtda 1200 planlaşdırılmış reysdən 570-i təxirə salınıb.
 
Təhlükəsizlik xidmətinin əməkdaşları əmək haqlarının artırılmasını tələb edir.
 
Xatırladaq ki, ötən həftə 5 aeroportda keçirilmiş tətil nəticəsində 500-dən çox reys təxirə salınmışdı.

Google+ WhatsApp ok.ru