Almaniya bəzi ərəb ölkələri tərəfindən məscidlərə edilən yardımlara nəzarət edəcək

Almaniya bəzi ərəb ölkələri tərəfindən məscidlərə edilən yardımlara nəzarət edəcək

Alman hökumətinin Səudiyyə Ərəbistanı və körfəz ölkələrinin Almaniyadakı dini qurum və məscidlərə edilən ianələrinə nəzarət etmək istədiyi bildirilib.

Bu barədə "Süddeutsche Zeitung" qəzetində xəbər yer alıb.

Xəbərə görə, Almaniya hökuməti Səudiyyə Ərəbistanı və körfəz ölkələrindən Almaniyadakı dini qurumlara verilməsi istənən ianələrin Almaniya Xarici İşlər Nazirliyinə əvvəlcədən bildirilməsini istəyib. Almaniya kəşfiyyat qurumlarının məscidlərə pul göndərən və alan şəxsləri tədqiq edəcəyi qeyd edilən xəbərdə bunun sayəsində radikal dini qrupların yetişdiyi məscidlərin maliyyələşdirilməsinin qarşısının alınmasının məqsədini güddüyü vurğulanıb.

Almaniyanın bu tələbinə paytaxt Berlindəki Terrorizmlə Mübarizə Mərkəzinin gizli hesabatının səbəb olduğu qeyd edilib.

Mərkəzin 2015-ci ildəki qaçqın böhranından sonra körfəz ölkələrinin missionerlik fəaliyyətlərini daha sıx monitorinq qərarı verdiyi bildirilib. Xüsusilə Səudiyyə Ərəbistanının bu çərçivədə çox pul qoyduğuna diqqətin çəkilən xəbərdə Almaniya hökumətinin bu pul yardımlarıyla miqrantların radikallaşmasından narahatlıq duyduğu qeyd edilib.

Avropa və Almaniyada bəzi təşkilatların şəbəkə təşkil etdiyinin müəyyən edildiyi, bunun uzunmüddətli təsirə səbəb ola biləcəyi vurğulanan xəbərdə Səudiyyə Ərəbistanı və körfəz ölkələri buna qarşı çıxsa da Almaniyanın nəzarət mövzusundakı qətiyyəti diqqətə çatdırılıb. /eastnews.org /

Google+ WhatsApp ok.ru