Almaniya başqa Aİ ölkələrinə rekord sayda qaçqın göndərib 22 Yanvar 2019 15:46 Dünya Almaniya hökuməti 2018-ci ilin yanvar – noyabr aylarında sığınacaq üçün ərizə verən 8,6 min nəfərdən çoxunu Avropa İttifaqı (Aİ) üzvü olan digər ölkələrə göndərib. Federal Miqrasiya və Qaçqınlar Ofisinin (BAMF) məlumatına görə, bu, Aİ çərçivəsində deportasiyalar baxımdan Almaniya üçün rekord rəqəmdir. Belə ki, 2017-ci il ərzində 7102 nəfərə qarşı 2018-ci ilin 11 ayında 8658 nəfər ölkədən deportasiya olunub. Ötən il Almaniyada sığınacaq ərizələrinin üçdə biri ərizəçi ilə bağlı məsuliyyəti hansısa başqa Aİ üzv ölkəsinin üzərinə qoyan Dublin sazişinin şərtlərinə uyğun gəlib. Odur ki, sözügedən müddət ərzində BAMF ölkə ərazisindəki qaçqınları qəbul etməklə bağlı başqa Aİ ölkələrinə 51,5 min ərizə göndərib, bunlardan 35 mini qəbul edilib. Digər tərəfdən, Aİ üzvü olan digər ölkələrdən Almaniyaya 7205 miqrant göndərilib ki, bunların yarısından çoxu Yunanıstanın payına düşür. /Report/ Teqlər : #Almaniya,#başqa,#Aİ,#ölkələrinə,#rekord,#sayda,#qaçqın,#göndərib, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Britaniya döyüş təyyarələrini İraq və Suriyadan çıxarır Putinlə Abe razılıq əldə edə bilmədi
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO