Almaniyada avtomobil məsciddən çıxanları əzdi - Yaralılar var

Almaniyada avtomobil məsciddən çıxanları əzdi - Yaralılar var

-- Hadisənin terror aktı olub-olmadığı araşdırılır.

Almaniyanın Altena şəhərində kiçik yük maşını məsciddən namazdan çıxanları əzib.
 
Maide.Az "Shafaqna"ya istinadən xəbər verir ki, hadisə nəticəsində 5 türk yaralanıb.
 
Yaralılar arasında Dini İşlər Türk İslam Birliyinin rəsmi şəxslərinin də olduğu bildirilir.
 
Xəsarət alanlar helikopterlə xəstəxanaya yerləşdiriliblər.
 
Hadisənin terror aktı olub-olmadığı araşdırılır.

Google+ WhatsApp ok.ru