Almaniyada Myanma müsəlmanlarına edilən zülmlərə etiraz edildi - FOTO

Almaniyada Myanma müsəlmanlarına edilən zülmlərə etiraz edildi - FOTO

Almaniyanın paytaxtı Berlində  Myanmada Arakanlı müsəlmanlara qarşı  edilən zülmlər və hücumlar pislənilib. 
 
Maide.Az “AA”-a istinadən xəbər verir ki, Berlinli müsəlmanların təşəbbüsü  və iştirakı ilə təşkil olunan  etiraz yürüşü Alexanderplatz meydanında başlayıb və Pariser meydanına kimi davam edib. 
 
Etirazçılar Myanma hökumətinin müsəlmanlara qarşı  zülmlərini pisləyib və hücumları dayandırmağı tələb ediblər.  “Myanmadakı məzlum  müsəlmanlara qarşı  qətliamı durdurun” yazılı pankart açan etirazçılar  “Qadınlar yaşamaq istəyir”, “qətliamı durdurun”,  “Rohingiyalılar yaşamaq istəyir” kimi şüarlar səsləndiriblər. 
 
Etirazçıların əlllərində zülmə məruz qalmış Arakanlı müsəlmanların fotoları və “ölümləri durdurun” şüarı yazılmış plakart daşıyıb. 
 
Etiraz yürüşü  Brandenburg qapısı önündə  Pariser meydanında  dua oxunuşu ilə başa çatıb. 
 
 
 

 

Google+ WhatsApp ok.ru