Almaniyada ‘Məhəmməd’ ən çox üstünlük verilən addır 12 May 2020 11:35 Dünya Almaniya üçün Dil Cəmiyyəti (Gfds) 2019-cu ildə ölkədə doğulan körpələrə verilən adlara dair statistik göstəricilərini açıqlayıb. Maide.Az xəbər verir ki, hesabata görə, Berlin əyalətində 2019-cu ildə doğulan 21 min 622 uşaqdan 283-ünə "Məhəmməd" adı verilib. Bremen əyalətində də ötən il doğulan 5 min 277 uşaqdan 74-nə "Məhəmməd" adı qoyulub. Beləliklə 2019-cu ildə iki əyalətdə "Məhəmməd" adının uşaqlara ən çox verilən ad olduğuna diqqəti çəkilib. "Məhəmməd" adı ayrıca Hessen əyalətində də ən çox üstünlük verilən adlar arasında 3-cü, Saarland əyalətində də 8-ci sırada yer alıb. Ümumilikdə Almaniyada ən çox üstünlük verilən adlar siyahısında "Məhəmməd" 21-ci, "Əli" 73-cü və "Malik" 76-cı olub. Qız uşaqlarına ən çox verilən adlar siyahısında "Leyla" 56-cı, "Amirə" 91-ci və "Əlif" 94-cü olub. Siyahıya görə, ölkə daxilində 2019-cu ildə qız uşaqlarına ən çox "Hanna", oğlan uşaqlarına isə "Nuh" adı verilib. Teqlər : #Almaniyada,#‘Məhəmməd’,#ən,#çox,#üstünlük,#verilən,#addır, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Kabulda xəstəxananın girişində partlayış törədilib - VİDEO Dünyada hər 9 nəfərdən biri acdır
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO