Almaniyada anti-islam hərəkatı - PEGİDA-ya qarşı 35 minlik yürüş

Drezden şəhərində islamafob hərəkata qarşı etiraz yürüşü təşkil edilib
İslamazeri.az-ın “İtar-tass”-a istinadən verdiyi xəbərə görə, Almaniyanın Drezden şəhərində şənbə günü axşam saatlarında 35 min insan “Avropa Vətənpərvərləri İslamlaşmaya Qarşı” (PEGİDA) hərəkatına etiraz etmək məqsədi ilə yürüş keçiriblər. Yürüşə müsəlmanlarla yanaşı, xristianlar da qatılıblar.
Yürüşdə, həmçinin, Saksoniya Federal ərazisinin baş naziri Stanislav Tillix və Şəhər meri Qelma Oroş da iştirak edib.
Nazir Stanislav Tillix  bəyan edib ki, “Əcnəbilərə, qaçqınlara köməyə ehtiyacı olanlara qarşı nifrət toxumları səpənlərlə heç bir dialoqa girməyə dəyməz".
Etiraz yürüşünün iştirakçıları “Dözümzüslərə dözümsüzük” , "Drezden açıq şəhərdi" plakatları ilə öz narazılıqlarını islamafoblara bəyan ediblər.
 
Qeyd edək ki, islam dininə qarşı dözümsüz aksiyaların çoxu məhz Drezden şəhərində təşkil edilib. İndiyədək 11 islamafob aksiya təşkil edildiyi bildirilir. Bu günə qədər bu cür aksiyalara ən çox 18 min nəfər cəlb edilə bilib. Başqa şəhərlərdə isə bu cür aksiyalarda iştirak edənlərin sayı mini keçməyib.
Onu da qeyd edək ki, növbəti islamafob aksiya  yanvarın 12-nə təyin edilib. 
Statistik məlumatlara görə, Almaniya əhalisinin 5 faizini müsəlmanlar təşkil edir. Onlardan 65 faizi sünni, 7 faizi şiə, 13 faizi isə ələvidir./
 

Google+ WhatsApp ok.ru