Almaniyada Aşura haqqında miniatürlərlə bəzədilmiş kitab nəşr olunub – Foto

Almaniyada Aşura haqqında miniatürlərlə bəzədilmiş kitab nəşr olunub – Foto

Almaniyada “İmam Hüseynin (ə) qiyamı haqqında 40 miniatür məclis” adlı kitab çap və nəşr edilib. 
 
Maide.Az İQNA-a istinadən xəbər verir ki, albom İran İslam Respublikasının Almaniyadakı Mədəniyyət Əlaqələri İdarəsinin təşəbbüsü ilə nəşr edilib. 
 
Bu kitab Şah Mahmud Məhəmmədcanovun əsəridir. Əsər 2001-ci ildə Aşura qiyamını miniatür qələmlə təsvirə çəkib. Cari ildə Məhərrəm ayının yaxınlaşması münasibəti ilə Alman dilinə tərcümə və çap olunub. 
 
“İmam Hüseynin (ə) qiyamı haqqında 40 miniatür məclis” kitab Almaniyanın “İslamica” nəşriyyatı tərəfindən çap edilib. Kitabın qiyməti 19 avrodur.
 
Kitabda “Kufə əhlinin məktubları”, “İmamın (ə) Yezidə beyət etmək üçün Mədinə hakiminin sarayına çağırılması”, “Həzrət Abbasın (ə) Fərat çayına girməsi” və s… hadisələr miniatürlərlə səhnələşdirilib. 
 
 
 

Google+ WhatsApp ok.ru