Almaniyada dəmiryolçuların tətili “Deutsche Bahn” şirkətinə 220 mln. avro ziyan vurub

Almaniyada “Deutsche Bahn” dəmiryol konserninin əməkdaşlarının keçirdiyi tətil şirkətə 220 milyon avroya başa gəlib.
 
Bu barədə jurnalistlərə məlumat verən konsernin rəhbəri Ryudiqer Qrube əməkdaşları tətili dayandırmağa çağırıb:
 
“Mən sizdən tətili dayandırmağı xahiş edirəm. Bu, zaman və pul itkisidir. İşçilərin əvvəlki tətilləri konsernə 220 milyon avroya başa gəlib”.
 
Almaniyada 6 günlük növbəti tətil bu həftənin birinci günü başlayıb və işçilər onu şənbə gününədək davam etdirməyi planlaşdırırlar. Tətil nəqliyyat problemi ilə üzləşən milyonlarla insanların həyatına təsir edib. 

Google+ WhatsApp ok.ru