Almaniyada hicab qadağasına “YOX” deyildi

-- hicabın məktəblərdə qadağan edilməsini istəyənlər agirdlər arasında ayrı-seçkiliyə səbəb ola bilər...

Almaniya hökumətinin Miqrasiya və Qaçqınlar üzrə dövlət naziri Annet Uidman-Mauz 14 yaşdan kiçik müsəlman qızların hicab bağlamasına qadağa qoyulması planları barədə açıqlama verib.
 
Maide.Az İQNA-ya istinadən xəbər verir ki, o, Şimali Renn-Vestfalya əyalətində nəzərdə tutulan bu qadağanın konstitusiyaya zidd ola biləcəyini söyləyib:
 
“Bu addım məsələni həll etmir. Ailələrlə əlaqə yaratmalıyıq və qız uşaqlarını öz qərarlarını verəbiləcək vəziyyətə gələ bilməsi üçün gücləndirməliyik”.
 
Hökumətin Ayrı-seçkiliklə Mübarizə İdarəsinin rəhbəri Kristina Lüders də bu qərara qarşı çıxıb:
 
“Müsəlmanların bağladığı hicabın məktəblərdə qadağan edilməsini istəyənlər cəmiyyətlərin inteqrasiya məsələlərini bu formada həll edə bilməzlər. Əksinə, şagirdlər arasında ayrı-seçkiliyə səbəb ola bilər və onlarda təcrid olunma hissini gücləndirə bilərlər”.

Google+ WhatsApp ok.ru