Almaniyada hicab sərbəst oldu

Almaniyanın ən böyük əyalətlərindən olan Şimali Reyn-Vestfaliyada hicab qadağası ləğv olunub. ANS-in məlumatına görə, əyalət parlamenti məktəblərdə qadın müəllimlərin hicab geyinə biləcəyinə qərar verib. Bildirilir ki, qadağanın ləğv olunması üçün parlamentdə keçirilən səs vermədə Sosial Demokrat, Yaşıllar, “Piratlar” partiyası ilə Xristian Demokratlar birliyi lehində, Liberal Azad Demokratiya partiyası əleyhində səs verib. Bu qərardan sonra müəllimlər ölkənin ən çox əhalisi olan və ən böyük əyalətində hicabla dərslərə girə biləcəklər. 
 
Qeyd edək ki, Şimali Reyn-Vestfaliya əyalətində bir milyona yaxın türk miqrant yaşayır. Federal Konstitusiya məhkəməsinin keçən ilin mart ayında məktəblərdə hicab qadağasını prinspial olaraq yasaqlamasından sonra əyalət parlamenti hicabın sərbəst olması üçün işə başlamışdı. Ölkədə hicab qadağasını ləğv edən ilk əyalət isə Bremen olub. 

Google+ WhatsApp ok.ru