Almaniyada II dünya müharibəsindən qalan bomba tapıldı -8000 nəfər təxliyə edildi

Almaniyada II dünya müharibəsindən qalan bomba tapıldı -8000 nəfər təxliyə edildi

Almaniyada Düsseldorf hava limanı yaxınlığında II dünya müharibəsinə aid bomba tapılıb.
 
AzNews.az “Rheinische Post” qəzetinə istinadən xəbər verir ki, bomba tikinti işçiləri tərəfindən aşkarlanıb. 500 kiloqramlıq ABŞ bombasını zərərsizləşdirmək üçün 1 km məsafədə evakuasiya zonası elan olunub. Beləliklə də, hava limanı yaxınlığındakı rayonun 8 min əhalisi evakuasiya olunacaq.
 
Zərərsizləşdirmə işləri davam edərkən rayonda hərəkət dayandırılacaq. Hava limanı fəaliyyətini davam etdirsə də, bəzi gecikmələr ola biləcək. /

Google+ WhatsApp ok.ru