Almaniyada kilsə məscid olaraq fəaliyyətini davam etdirəcək

Almaniyada kilsə məscid olaraq fəaliyyətini davam etdirəcək

 
Bu gün Almaniyanın Hamburq şəhərində yerləşən sabiq kilsə binasının məscid kimi fəaliyyətə başlaması üçün rəsmi  mərasim keçiriləcək. 
 
Maide.Az İQNA-a istinadla xəbər verir ki,  Hamburqun  “Kapernaum" kilsəsinin binası müsəlmanlar tərəfindən alınaraq  məscid kimi təmir olunub və “Məscidun-Nur” (Nur məscidi) adı ilə fəaliyyət göstərəcək. 
 
Almaniya tarixində ilk dəfədir ki, “İncil əhli”-nin kilsəsi istifadə təyinatını dəyişərək məscid kimi istifadə olunacaq. 
 
"Kapernaum" kilsəsi 1961-ci ildə tikilib və 2002-ci ilədək fəaliyyət göstərib.  Kilsə 2002--ci ildə  maddi problemlərə görə bağlanıb. Kilsənin torpaq sahəsi 2012-ci ildə “Nur İslam Mərkəzi” tərəfindən alınıb. 
 
Kilsənin məscidə çevirilməsi layihəsinə 2013-cü ildə başlanılıb. Məscidin ibadət üçün hazırlanması prosesi isə altı il uzanıb. Kilsənin məscidə çevirilməsi və ibadət üçün hazırlanması layihəsinə 5 milyon avro vəsait xərclənib. Bu məbləğin 1.1 milyonunu Küveyt dövləti hədiyyə edib.
 
Binanın xarici görünüşündə elə də dəyişiklik edilməyib. Təkcə kilsənin qülləsindəki “xaç” şəkili “Allah” sözü ilə dəyişdirilib.
 
Bu gün  təşkil olunacaq açılış mərasimində siyasi və dini təşkilatların nümayəndələri iştirak edəcək.
 
 

Google+ WhatsApp ok.ru