Almaniyada məscidin divarına faşizm nişanələri yazdılar - FOTO

Almaniya Şimali Reyn Vestfaliya əyalətinin Dormaqen şəhərində tikilməkdə olan Süleymaniyyə məcsidi naməlum şəxslərin hücumuna məruz qalıb.Tikintisi davam edən məscidin divarlarına irqçi şüarlar yazılıb və svastika çəkilib.

Türkiyənin Düseldof səfirliyinin Din işləri müşaviri Ramazan İlıkan hadisə yerində olub və baş verənlər barədə məlumat alıb.

“Məscidlərə qarşı bu cür hücumlara son verilməsini istəyirik. Bunu törədənlə ən yaxın vaxtda yaxalanaraq məhkəmə qarşısında cavab verməlidirlər” – deyə İlıkan bildirib.

Dormaqen blədiyyə sədri Erik Lierenfeld hadisə yerinə gedərək möminlərlə görüşüb və hadisəyə görə təəssüf etdiyini bildirib. Türk-İslam birliyi Süleymaniyyə məscidinin sədri Dursun Pekdemir daha əvvəl də bu cür hücumlara və etirazlara məruz qaldıqlarını bildirib.  anspress /


 

Google+ WhatsApp ok.ru