Almaniyada İmam Əliyə (ə) mənsub ən qədimi Qurandan görmədiyiniz fotolar

 Almaniyanın "Tubingen Universiteti"nin tədqiqatçıları son günlərdə əllərində olan çox qədim Quran nüsxəsi barədə xəbər vermişdik.
  Maide.az-ın İran KİV-lərinə istinadən məlumatına görə, Tarixi dəlil və sübutlara görə bu ən qədim və nadir əlyazma Quran nüsxəsinin İmam Əlinin (ə) mübarək xətti ilə yazıldığı deyilir.
 Almaniyanın "Tubingen" universitetinin tədqiqatçıları Quran-Kərimin "kufi" xətti ilə çox qədim bir nüsxəsinə malik olduqları xəbərini yayıblar. Belə ki, bu nadir tapıntı Quranın dünyanda ən qədim əlyazma nüsxəsi ola bilər. Tədiqatlar göstərir ki, bu Quran nüsxəsi Məhəmməd (s) peyğəmbərin vəfatından sonra 20 – 40 ililk fasilə ilə yazılıb.
Alman tədqiqatçıları "kufi" xətti ilə yazılmış bu Quran nüsxəsinin İmam Əliyə (ə) mənsub olduğu üçün, belə təxmin edirlər ki, bu nüsxə miladi ilə 656-cı ildə İmam Əli (ə) xəlifə olduğu və hökumətin paytaxtını Kufəyə köçürdüyü zaman yazılmışdır.
Məlumata görə, bu nüsxə böyük ehtimal ilə (95,4) milad tarixi ilə 649 – 675-ci illərə aiddir. Bu tarix, Küfənin paytx olması və İmam Əlinin (ə) oxuyub-yaza bilənlərdən olması bu ehtimalı gücləndirir. Həmçinin İmam Əli (ə) müsəlmanların ilk rəhbərləri arasında Quran-Kərimi kamil şəkildə hifzdən bilən ilk başçı və rəhbər olmuşdur.
Bu qədim nüsxə keyfiyyətli dəri üzərində yazılıb və 1339 ildən sonra da öz keyfiyətini itirməyib. Ehtimal olunur ki, bu nüsxə İmam Əli (ə) hökuməti zaman rəsmi bir hədəf üçün yazılmışdır.
Bu nüsxə İsra surəsinin 37-ci ayəsindən Yasin surəsinin 57 ayəsinə qədərdir.
Bu nüsxənin kəşfindən öncə Yəmənin paytaxtı Sənada saxlanılan Quran nüsxəsi ən qədim nüsxə sayılırdı. Sənadakı nüsxə 671-ci miladi ilində yazılmışdır.
Amma Almaniyadkı nüsxənin 649-cu və 675-ci illər arası yazıldığı ehtimal olunduğu üçün hər iki nüsxə (Alman və Yəmən) birlikdə ən qədim Quran nüsxəsi sayılırlar.
Bu nüsxə tezliklə Belçikanın Antrop şəhərində "Müqəddəs kitablar – Müqəddəs məkanlar" adlı sərgisində sərgiyə qoyulacaq. /




 

Google+ WhatsApp ok.ru