Almaniyada müsəlman əhalinin 2020-ci ilədək dörd dəfə artması gözlənilir

Almaniyada müsəlmanların sayı növbəti 5 ildə dörd dəfə artaraq 20 milyon nəfərə çatacaq.
Maide.az xəbər verir ki, Amerikanın “Gate Stone”İnstitunun Beynəlxalq Siyasət Şurasının hesabatında deyilir: Almaniya höküməti 2015-ci ildə 1.5 milyon miqrantın və 2016-cı ildə daha artıq sayda insanın bu ölkəyə gəlməsini gözləyir.
Bu rəqəm hal-hazırda Almaniyada yaşayan 5.800 müsəlmanın sayına daxil deyil.
Almaniyanın Bavariya əyaləti Bələdiyyələr Assosiasiyasının prezidenti Oh Brandl deyib ki, Almaniya 2020-ci ilədək əhalisinin 20 milyon nəfərə çatacağı istiqamətində irəliləyir.
Almaniyada müsəlman əhalinin belə bir artımı böyük bir demoqrafik dəyişiklik yaradacaq ki, bu da Almaniyanın simasının həmişəlik dəyişməsinə səbəb olacaq.  /
 

Google+ WhatsApp ok.ru