Almaniyadan olan turist piyada Azərbaycana gəlib

Almaniyadan olan turist piyada Azərbaycana gəlib

Almaniyadan olan turist piyada Azərbaycana gəlib. Əslən İran İslam Respublikasından olan 45 yaşlı Şahin Tivay Sadatolhosseini uzun illərdir Almaniyada yaşayır.
 
Səyyah anadan olduğu ölkəyə səyahət etməyə qərar verib. Lənkəranda dəmir həlqələrlə gəzən almaniyalı səyyah görənlərin marağına səbəb olub.
 
O, Almaniyada çalışdığı universitetdən xüsusi gimnastika aləti götürərək səyahətə çıxıb. Dəmir həlqələrlə səyahətə çıxan turist 492 gündən sonra Lənkərana çatıb. Şahin Tivay Sadatolhosseini bununla insanları ilhamlandırmaq, onlara səyahət etməyin, piyada sərhədləri aşmağın necə asan olduğunu göstərmək istədiyini deyib.
 
O, 3 gün ərzində İrana keçərək səfərini 3 aya Tehranda yekunlaşdırmağı planlaşdırdığını bildirib. Səyyah həmçinin gimnastika alətini Tehranda muzeyə hədiyyə edəcəyini açıqlayıb.(faktxeber) /

Google+ WhatsApp ok.ru