Almaniyadan Türkiyə xəbərdarlığı: “Getməyin” 30 İyul 2015 01:00 Dünya Almaniya Xarici İşlər Nazirliyi Türkiyəyə gedən vətəndaşlara xəbərdarlıq edib. Axar.az xəbər verir ki, nazirlik xüsusilə İstanbula gedən vətəndaşlara diqqətli olmağı tövsiyə edərək, terror aktını istisna etməyib. Nazirliyin internet səhifəsində yer alan məlumata görə, İstanbulda metro və avtobus dayanacaqlarında terror aktı törədilməsi mümkündür. Hökumət sözçüsü Kristian Virtz bu ölkədə vəziyyətin qeyri-normallığını, Hatay, Kilis, Qaziantep, Şanlıurfa, Diyarbəkir, Mardin, Batman, Bitlis, Bingöl, Siirt, Muş, Tunceli, Şırnak, Hakkari və Vana getməyin təhlükəli olduğunu qeyd edib. Xatırladaq ki, Almaniyadan öncə ABŞ və İngiltərə də vətəndaşlara bənzər xəbərdarlıq edib./ Teqlər : #Almaniyadan Türkiyə xəbərdarlığı: Getməyin, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Beynəlxalq Amnistiya Təşkilatı: “Sionist İsrail rejimi hərbi cinayət törədib” Türkiyə təyyarəsi Varşavada məcburi eniş etdi
Koronavirusa yoluxmuş Şeyx Zəkzakinin həyat yoldaşının xəstəxanaya yerləşdirilməməsi etiraza səbəb oldu