Almaniyada qaçqınların sığınıcaq mərkəzi yandırıldı

Maide.az xəbər verir ki, Almaniyada suriyalı mühacirlərin yaşadığı qaçqın mərkəzinə od vurulub. Serbiyanın Sid şəhərində miqrantlar etiraz aksiyası keçirib. Ölkələrindəki müharibədən qaçaraq Türkiyəyə sığınan suriyalı mühacirlər sağlamlıq nəzarətindən keçiblər.
 
Almaniyada suriyalı mühacirlərin yaşadığı qaçqın mərkəzinə od vurulub. Nəticədə Suriyadan gələn qadın tüstüdən zəhərlənərək xəstəxanaya  yerləşdirilib. Binanın içərisində olan 60-dan çox miqrant təxliyyə edilib. Polis yanğının səbəblərini və kimin törətdiyini araşdırır.
 
Serbiyanın Sid şəhərində miqrantlar etiraz aksiyası keçirib.150 qaçqın müxtəlif ölkələrin sərhədlərində gözlədilən mühacirlərə humanist mövqe  tələb ediblər. Daha 580 qaçqın mühacirlərə məhdudiyyətlər tətbiq edən Xorvatiyaya  müraciət ünvanlayıb. Onlar bildirib ki, miqrantlar da bu planetin insanlarıdır. Digər bir qrup isə Makedoniya ilə Yunanıstanın şimal sərhədində gözlədilən mühacirlərə yardım göstərilməsini tələb edib. 
 
Ölkələrindəki müharibədən qaçaraq Türkiyəyə  sığınan suriyalı mühacirlər sağlamlıq nəzarətindən keçiblər. Könüllülərin təşkil etdiyi aksiyada 34 suriyalı ailə ziyarət olunub. Könüllülər layihə çərçivəsində bir araya gəldiklərini və suriyalı miqrantlara dəstək olduqlarını bildiriblər.

Google+ WhatsApp ok.ru