Almaniyada Quran və hicab mövzusunda seminar keçiriləcək

Almaniyada Quran və hicab mövzusunda seminar keçiriləcək

Noyabr ayının 29-da Almaniyanın Aşağı Saksoniya (Niedersachsen) əyalətinin Selli (Celle) şəhərinin Mədəniyyət Mərkəzində "Quran, hicab və mübahisəli məsələlər" adlı seminar keçiriləcək.
 
Maide.Az İQNA-a istinadən xəbər veirr ki,  seminar Almaniyanın Ailələr, Qocalar, Qadınlar və Gənclərin İşi Nazirliyinin təşəbbüsü ilə "demokratik həyat" proqramının icrası çərçivəsində təşkil edilir. 
 
Seminarda Avropa və Almaniya cəmiyyətinin İslama münasibəti, Avropa cəmiyyətində hicab, halal yeməklər, məktəb və bağçalarda uşaqların qida məsələsi və məscidlərin tikilməsi kimi məsələlərdə qarşıya çıxan problemlər  haqqında məsələlər müzakirə olunacaq. 
 

Google+ WhatsApp ok.ru