Almaniyada rəsmən hicab qadağasının ləğvinin tətbiqinə başlanıldı

Almaniyada müəllimlərin dərsdə hicab geyinməsinə qoyulan qadağanın ləğvindən sonra, ölkədəki məktəblərə bu barədə xəbərdarlıq edilib.
“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, bir neçə həftə əvvəl Almaniyada Federal Konstitusiya Məhkəməsinin müəllimlərin dərslərdə hicab taxmasına qoyulan qadağanın konstitusiyaya zidd olduğunu bildirərək, sözügedəb qadağanın ləğv olunması barədə qərar qəbul edib.
Məhkəmə qərarından sonra bölgələr qadağanı aradan qaldırmaq üçün hərəkətə keçib. Bu mövzuda ilk addım Almaniyanın ən kiçik əyaləti olan Bremendə atılıb.
Bremen Konstitusiya Məhkəməsinin verdiyi qərara əsasən, əyalətdə müəllimlərə tətbiq edilən hicab qadağası aradan qaldırılıb. Bremen Əyaləti Təhsil senatoru Eva Quant-Brandt məsələ ilə əlaqədar artıq məktəblərə xəbərdarlıq edib./

Google+ WhatsApp ok.ru