Almaniyada 'Ramazan çadırları'na hücum olub

Almaniyada 'Ramazan çadırları'na hücum olub

Almaniyada Ramazan ayı üçün həyata  keçiriləcək  Festi Ramazan tədbiri  üçün  qurulan  çadırlara irqçi  hücumlar həyata keçirilib. Çadırlara naməlum şəxslər tərəfindən nasistlərin  simvolu olan qamalı xaç işarəsi çəkilib.


Maide.Az "FaktXeber"ə istinadən xəbər verir ki,  hadisə Almaniyanın Dortmund şəhərində baş verib. Artıq hadisə ilə əlaqədar istintaqa başlanılıb.
 

Tədbirin təşkilatçılarının sözlərinə görə, hücum iki gün dalbadal həyata keçirilib. ZXaç işarəsindən əlavə çadırlara əlavə zərərlər də vurulub.

Google+ WhatsApp ok.ru