Almaniyada İslam bayramları rəsmi tətil günü ola bilər 12 Oktyabr 2017 01:00 Xəbərlər Daxili işlər naziri Tomas de Maiziere açıqlama verdi Almaniya daxili işlər naziri Tomas de Maiziere, ölkənin bəzi bölgələrində müsəlmanlar üçün tətil gününün tətbiq edilməsi mövzusunda danışıqlar aparmağa hazır olduğunu bildirib. Maide.Az xəbər verir ki, Xristian Demokrat Birlik Partiyasının (CDU) Aşağı Saksoniya əyalətində bazar günü keçiriləcək əyalət məclisi seçkilərinə qatılan Wolfenbüttel Tomas De Maiziere şəhərində təşkil etdiyi seçki mitinqində bu barədə danışıb. Allerheiligen adı ilə tanınan, Katoliklərə aid dini tətil gününün də yalnız Katolik xristianların yaşadığı bölgələrdə uyğulanacağına toxunan de Maiziere, müsəlmanların sıx yaşadığı yerlərdə bayram gününün rəsmi olaraq qeyd olunmasının mümkünlüyünü vurğulayıb. Qeyd edək ki, Almaniyanın 16 əyalətində yerli hökumətlərin öz istəyinə uyğun olaraq fərqli şəkildə rəsmi tətil günləri tətbiq olunur. Teqlər : #Almaniyada İslam bayramları rəsmi tətil günü ola bilər, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru DYP sürücülərə bir ay vaxt verdi - SİMVOLLARI BƏRPA EDİN Bakı ilə Naxçıvan arasında dəmir yolu əlaqəsi yaradılacaq