Almaniyada xristianlar kilsədə İmam Hüseynə (ə) əzadarlıq etdi  - FOTO

Almaniyada xristianlar kilsədə İmam Hüseynə (ə) əzadarlıq etdi - FOTO

Berlinin Yevangel xristian kilsəsinin istəyi ilə ötən axşam İmam Hüseyn (ə), Məhərrəm və Aşuranı tanıtmaq məqsədi ilə “İranda mərsiyə və əzadarlıq” mövzusunda proqram həyata keçirilib. 
 
Maide.Az ABNA-ya istinadən xəbər verir ki, kilsədə İmam Hüseynin (ə) əzadarlığı haqqında çıxışlar olunub, mərsiyə və şeirlər oxunub.  Həzin musiqi sədaları ilə Doktor Arif Rüfət Kərbəla şəhidlərinə mərsiyə və şerlər səsləndirib.
 
Tədbir İranın Almaniyadakı səfirliyinin mədəniyyət mərkəzinin dəstəyi ilə keçirilib. 
 

Google+ WhatsApp ok.ru