Almaniyada yaşayan müsəlman mühacirlərin iş və təhsil durumu

Almaniyada yaşayan müsəlman mühacirlərin iş və təhsil durumu

Son illərin araşdırmaların nəticəsi göstərir ki, Almaniyada yaşayan müsəlman mühacirlərin iş, əmək, peşə və qazanc baxımından vəziyyəti digər Qərbi Avropa ölkələrində yaşayan müsəlmanlara nisbətən yaxşı olsa da, təhsil baxımından ürəkaçan durumda deyil.
 
Belə ki, ikinci dünya müharibəsindən sonra müsəlman türklərin bir çoxu Balkan ölkələrində yaşayan müsəlmanlar ilə birlikdə Almaniyaya mühacirət etdilər.
 
Bu ölkəyə mühacirət edən müsəlmanların çoxu 1960-1970-ci illərdə işçi qüvvə və fəhlə kimi Almaniyaya getmişdir, cəmiyyətdə "qonaq işçi" kimi tanınırdılar və belə görünürdü ki, onlar tezliklə öz ölkələrinə qayıdacaqlar. Amma bir müddət sonra, yəni 1990-cı illərə yaxın vaxtlarda Almaniya  mühacirlərə sığınacaq verdi. 
 
Almaniyada yaşayan müsəlmanların hazırkı sayı 5 milyon nəfərə (4.7) yaxındır. Bu ölkədə yaşayan müsəlmanların üçdən ikisini türklər təşkil edir ki, onların yarısının Almaniya vətəndaşlığı vardır və üçdən bir hissəsi elə Almaniyada da dünyaya gəlib.
 
Türklərdən sonra bosniyalılar bu ölkənin ikinci müsəlman çoxluğunu təşkil edir. Və iranlılar, mərakeşlilər, əfqanlar, livanlılar, pakistanlılar, suriyalılar, tunislilər, əlcəzayirlilər, indoneziyalılar və omanlılar əhali sayına görə sonrakı sıralarda yer tutur.
 
Almaniyada hazırda müsəlmanlar məsihilərdən sonra ikinci böyük dini toplum sayılır və son illərin təhqiqatları göstərir ki, müsəlmanların sayı sürətlə artır. 
 
Almaniyanın "Bertelsmann" tədqiqat müəssisənin müsəlmanların iş, əmək və qazanc barəsində durumu ilə bağlı 2010-cu ilədək bu ölkəyə mühacirət etmiş 10 mindən çox müsəlmandan müsahibə vasitəsilə ilə əldə etdiyi son məlumata görə, bu ölkədə yaşayan müsəlman mühacirlərin iş, əmək, peşə və qazanc baxımından vəziyyəti İsveçrə, Avstriya, Fransa və İngiltərə kimi digər Qərbi Avropa ölkələrində yaşayan müsəlmanlara nisbətən daha yaxşıdır və mühacirlər çox az bir vaxtda özlərinə iş və qazanc yeri tapa bilirlər. Əlbəttə, Orta Şərq və Suriyadan son illərin siyasi böhranına görə Almaniyaya mühacirət etmiş miqrantlar bu hesabata daxil edilməyib. 
 
Bu araşdırmaya əsasən hazırda Almaniyada mühacirətdə olan müsəlmanların 60%-ından çoxunun gündəlik tamvaxtlı (full-time) işi və 20%-inin yarımvaxt işi vardır. Bu isə yerli almanların iş məşğuliyyəti ilə eyni səviyyədə olmasa da, buna çox yaxındır və digər Qərbi Avropa ölkələrindəki müsəlmanların iş və qazanc vəziyyətindən daha yaxşıdır. 
 
Həmin müəssisənin ictimai əlaqələr üzrə mütəxəssisinin dediyinə görə, Almaniyada iş və qazanc əldə etmək üçün fərdlərin dini əqidələri təyinedici amil deyil və müsəlmanların iş və qazanc durumunun yaxşı olmasının əsas səbəbi Almaniyanın sürətli iqtisadi inkişafıdır.
 
Amma bununla belə müsəlman mühacirlərin bir işdən aldqıları əməkhaqqıları həmin işdə işləyən almaniyalı iş yolaşları ilə müqayisədə daha az olur. Həmçinin bəzi iqtisadi böhranlarda yerli almanlar müsəlman və qeyri-müsəlman mühacirlərə qarşı etirazlar edir və onları bu böhranların səbəbkarl hesab edirlər.
 
Digər tərəfdən isə iqtisadi tənqidçilər deyirlər ki, Almaniya məşğulluq idarəsinin son hesabatına görə, Almaniyada işsiz gəzənlərin və iş axtaranların yarıdan çoxunu mühacirlər təşkil edir.
 
Almaniyada yaşan müsəlmanların iş və qazan baxımından durumunun yaxşı olduğu deyilsə də, bu, təhsil və təlim məsələlərində belə deyil. Almaniyada anadan olmuş müsəlman miqrantların 73%-i birinci dil olaraq Alman dilini öyrənir və gündəlik həyatda təkcə almanca söhbət edirlər. Bununla belə onların təhsil və tərbiyə səviyyəsi dövləti elə də maraqlandırmır. Araşdırmalar göstərir ki, müsəlman cavanların 36% təhsili buraxıblar. Halbuki Fransada təhsildən əl çəkən müsəlmanların 11%-i cavanlardır.
 
Almaniyada İslami elmlərin tədiris durumu göstərir ki, bu dövlət sekular olmasına baxmayaraq, tədris sahəsində dini məsələlərdə tərəfkeşlik edir. Belə ki, dövlət Almaniyanın ümumi qanunlarına uyğun olaraq yaradılmış dini birliklər ilə həmkarlıq edir. Bu dini birliklərin ən azı 30 il iş keçmişi və maddi baxımdan özlərini idarə edəcək gəlir mənbələri olmalıdır. Almaniyada mövcud olan müsəlman cəmiyyətlərinin çoxu isə bu ümumi qanuna uyğun dini birliyə malik deyildir, çünki onların çoxu bu ölkəyə müvəqqəti iş üçün gəlmiş, onlara "qonaq fəhlə" gözü ilə baxılmış və bu səbəbdən də vaxtında dini birlik təsis etmək fikrinə düşməmişlər.
 
Halbuki yuxarıdakı şərtlərə uyğun olan İslami cəmiyyətlər dövlətlə müxtəlif sahələrdə əməkdaşlıq edə bilər. Buna görə də, Almaniyada dövlətin ümumi qanunlara uyğun olan təkcə iki İslami cəmiyyət var.
 
Almaniyada dövlətin dörd universitet mərkəzində 67 müəllim tərəfindən İslami araşdırmalar üzrə fənlər tədris edilir. Bundan əlavə 2006-cı ildə Almaniyada keçirilən İslami konfransın təklifi ilə cəmiyyətdə radikalizmin qarşısını almaq və ictimai həmrəylik yaratmaq üçün müxtəlif şəhərlərin təhsil müəssisələrində İslam tədrisi üzrə müxtəlif xüsusi kurslar da təşkil edilir.
 
 Qeyd edək ki, Almaniyada bəzi əyalətləri çıxmaq şərti ilə ki, təkcə İslami fənləri tədris edən xanımlara hicab bağlmaq icazəsi verirlər, müsəlman xanımlar hicabdan istifadə edə bilməzlər. Buna görə Almaniyanın İlahiyyat fakultəsinin məzunları olan xanımların çoxu başlarını örtükləri üçün İslami fənləri tədris etməkdən məhrumdurlar.(iqna)
 

 

Google+ WhatsApp ok.ru