Almaniyada üzüm oğurluğu: üzüm bağından bütün məhsul aparılıb

Almaniyada üzüm oğurluğu: üzüm bağından bütün məhsul aparılıb

Almaniyanın cənubunda polis üzümlük sahəsindən bütün üzümü yığışdırıb aparan oğruları axtarır.
 
Onlar üzümü sahədən kombaynlarla yığıb aparıblar, polisə istinadən yerli Rheinpfalz qəzeti yazıb.
 
Polisi ən çox əsəbiləşdirən cəhət qarətin uçqar ərazidə yox, əksinə, Deidesheim kəndinin kənarındaki böyük supermarketin avtomobil parkının qonşuluğunda baş verməsidir.
 
İmkanlı qarətçilər işlərini ötən çərşənbə günü hava qaralandan sonra görüblər.
 
Qarətçilərin apardıqları üzüm məhsulunun çəkisi 1,600 kq təşkil edib.
 
Oğurlanan üzümün qiyməti 8,000 avro (15,694 manat) məbləğində dəyərləndirilir.
 
Polis hadisə barədə istənilən məlumatı öyrənməkdə maraqlıdır, çünki baş verən hadisə bu bölgədə ilk üzüm oğurluğu deyil.
 
Keçən il qonşu Duerkheim vilayətində 600-800 kg üzüm oğurlanmışdı.
 
Diqqəti çəkən oğruların məhz seçmə üzümü yığması, onu yetişən kimi və özü də ki, xüsusi texnikanın vasitəsilə toplamaları olub.
 
Yerli polis əlavə edib ki, hava qaralandan sonra məhsulyığan texnikanın ətraf sahələrdə işləməsi adi praktika olduğundan, qarətçilərin hərəkətindən şübhələnən olmayıb. /bbc /

Google+ WhatsApp ok.ru