Almaniya dizel qadağasının tətbiqinə Hamburqdan başladı

Almaniya dizel qadağasının tətbiqinə Hamburqdan başladı

-- bu qadağanın ölkə boyunca 12 milyon avtomobili və...

Almaniya dizel qadağasının tətbiqinə  Hamburqdan başladı.
 
Maide.Az “ntv.com.tr” istinadən xəbər verir ki,  Almaniyada son zamanlarda köhnə, dizellə işləyən dizellə işləyən avtomobillərə qadağa qoyulması müzakirəyə səbəb olmuşdur. Bu qadağa ilk olaraq Hamburqda qismən həyata keçirilir. 
 
Amma bu qadağa küçə və prospektlərdə ambulans və yanğınsöndürən avtomobillərinə aid edilməyəcək. 
 
Məlumata görə, bu qadağa həmçinin dizel motorlar arasında ən az emisyon buraxan Avro 6 kateqoriyasındakı avtomobillərə də aid edilməyəcək.
 
Qeyd edək ki, bu qadağanın ölkə boyunca 12 milyon avtomobili və Avropanın ən böyük avtomobil bazarını təsirləndirə biləcəyi bildiirilir. 
 
Avtomobil sənayesi tacirlərin bundan sonra dizelli maşınların satılmasına daha az maraq göstərə biləcəyindən narahatdır.
 
Bəzi ekspertlər isə bildirirlər ki, dizelli avtomobillərin qadağasını lazımınca monitorinq etmək çətin olacaq.
 

Google+ WhatsApp ok.ru