Almaniya Federal Məhkəməsindən Avropada müzakirələrə səbəb olacaq hicab qərarı

Almaniyada Federal Məhkəmədən hicab məsələsi barədə tarixi qərar çıxıb. Ali Məhkəmə verdiyi qərarla hicabının ümumiyyətlə qadağan olunmayacağına hökm verib.
 
Maide.az xəbər verir ki, məsələ Şimali Ren Vestfal vilayəti məktəb qanunu ilə əlaqədardır. Qanun müəllimlərin dövlətin obyektivliyi prinsipinə xələl gətirəcəyi və məktəb dincliyini pozacaqları səbəbilə hicabı qadağan edirdi.
 
Məhkəmə qanundakı "dövlətin obyektivliyi və məktəb dincliyini pozmağı" mücərrəd qəbul edib və bu təhlükənin real olması lazımlığına qərar verib.
 
Qanunun müvafiq maddəsini ləğv etmək əvəzinə, yeni bir qərar qəbul edən Federal Konstitusiya Məhkəməsi müəllimlərin hiab bağlamalarının bu cür mücərrəd əsaslarla qadağan edilməyəcəyinə hökm verib.
 
Federal Məhkəmə sözügedən məktəbin məcəlləsindəki "xristian qərb mədəniyyət dəyərləri və təhsil dəyərləri və ənənə" ifadəsini isə konstitusiyaya zidd olduğunu açıqlayıb.
 
Qərarda əlavə olaraq bildirilir ki, əgər hər hansı bir valideyn və ya şagird hicablı müəllimə barədə narahat olarsa, bu yenə də müəllimənin işdən çıxarılmasına deyil, onunla söhbət aparılması ilə həll oluna bilər.

Google+ WhatsApp ok.ru