Almaniyalı arxeoloqun Kərbəlada çəkdiyi FOTOlar

1879-cu ildə Almaniyada doğulmuş Ernst Emil Herzfeld İslam mədəniyyəti üzərində tədqiqatları ilə tanınmış arxeoloq, memar və incəsənət tarixçisidir.
 
Maide.az-ın məlumatına görə, o, Yaxın Şərqə ilk dəfə 1903-cü ildə gedib. Mesopotamiyada Assuriya şəhərində aparılan qazıntılarda memar olaraq işləyib. İraqdakı şəhərləri gördükdən sonra İslam mədəniyyəti ilə məşğul olmağa başlayıb. Burada pardığı araşdırmaları sonra "Samirra, Aufnahmen und Untersuchungenzur islamichen Archeologie" (Samirra, İslam Arxeologiyası Mövzusunda Sahələr və Araşdırmalar" adı ilə yayımlayıb. 1906-cı ildə Assuriya qazıntılarından ölkəsinə qayıdarkən İrandan keçib. Pasarqad və Persepolisi gəzib. Növbəti ilə bu iki şəhər üzərinə hazırladığı iş ilə Berlin Universitetindən doktor adını alıb.1908-ci ildə İstanbul və Suriyadan keçməklə Hindistana gedib. Sənət tarixçisi Fridrix Sarre ilə birlikdə Mesopotamiyada Fərat və Dəclə çaylarının vadilərində gəzə-gəzə bir çox arxeoloji sahə tapıblar. Bu araşdırmalarının nəticələrini 1911-1920-ci illər arasında "Archeologische Reise im Euphrat ung Tignis Gebiet" (Fərat və Dəclə Bölgəsində Arxeoloji Səfər) adlı dörd cildlik əsərlərində qeyd edib.
 
Herzfeld 1910-1913-cu illər arasında Samirrada qazıntılar apararaq şəhərdəki bir çox quruluşun özünəməxsus vəziyyətini araşdırıb. Bu qazıntı nəticələrini əhatə edən və son cildi onun ölümündən sonra yayımlanan "Die Ausgrabungen von Samirra" (1923-1948, 6-cı cild; Samirra qazıntıları) adlı əsəri İslam memarlığı sahəsindəki ən əhəmiyyətli mənbə kitablardan biri sayılır.
 
Herzfeld 1917-ci ildə İranda və Şərqi Anadoluda araşdırmalar aparıb. 1920-ci ildə Berlin Universitetində Şərq arxeologiyası professoru olub.1928-ci ildə Persepolis yaxınlığında Pasarqadda qazıntılar aparıb. Persepolis qazıntı işlərini 1933-cü ilə kimi davam etdirib. 1935-ci ildə Berlin Universitetindən ayrılaraq ABŞ-a gedib və Nyu-York ştatındakı Prinston Universitetinə daxil olub. Bundan sonra araşdırmalarını bu ölkədə davam etdirib. 1947-ci ildə araşdırma aparmaq üçün Qahirəyə gedib. Orada xəstələnib və müalicə üçün aparıldığı İsveçrədə dünyasını dəyişib.
 
Ernst Emil Herzfeldin İraqda apardığı arxeloji işlər zamanı Kərbəla və Samirrada çəkdiyi fotoları təqdim edirik.
 
 
 
 
 
 
 
 
 
 

Google+ WhatsApp ok.ru