Almaniyalı parlamentari Ərəbistan avantürasına son qoyulmasını tələb edib

Almaniya parlamentinin sədr müavini öz dövlətindən və Avropa Birliyindən Ərəbistanın Yəməndəki avantürasına son qoyulmasını istəyib. Almaniya parlamentinin sədr müavini və yaşıllar partiyasının üzvü Klodiya Rut cümə günü vurğulayıb ki, Almaniya dövləti və Avropa Birliyinin Ərəbistanın xarici siyasəti və Yəməndəki avantürası qarşısında etinasızlıqları qəbulediləsi deyil. 
 
Almaniya parlamentinin bu üzvü Ərəbistanın Yəmənə hərbi hücumlarının dayandırılması üzrə siyasi planın icra olunmasını istəyib və deyib ki, Ərəbistanın hərəkətləri tayfaçılıq siyasəti əsasında formalaşır və Almaniya və Avropa Birliyinin bu cür hərəkətlər qarşısındakı mövqeləri qəbulediləsi deyil. 
 
Klodiya Rut deyib ki, Ərəbistan öz xarici siyasətində avantüraya son qoymalıdır.
 
Almaniya parlamentinin bu üzvü vurğulayıb ki, ötən bir neçə gün ərzində Yəməndə yüzlərlə nəfər həlak olub, minlərlə nəfər yaralanıb və öz mənzilindən didərgin düşüb. 
 
Almaniya parlamentinin sədr müavini deyib ki, dünya ictimaiyyəti Ərəbistanın şiələrin bu ölkəyə hücum təhlükəsi barədəki iddialarına aldanmamalıdır.
 
Klodiya Rut qeyd edib ki, Ərəbistan hökmranları ədalət, qanunçuluq və insan haqlarına hörmət prinsiplərinə sadiq deyillər.

Google+ WhatsApp ok.ru