Almaniyalı rəssam ‘GoogleMaps’i belə aldatdı

Almaniyalı rəssam ‘GoogleMaps’i belə aldatdı

Almaniyalı rəssam Simon Vekkert “GoogleMaps”də virtual tıxac yaradıb.
 
O, 99 mobil telefonu arabaya yığaraq Berlinin küçələrində gəzdirib.
 
Telefonların istiqamətini izləyən “GoogleMaps” sistemi telefon sahiblərinin yavaş hərəkət etdiyini görərək onların tıxacda olduğuna qərar verib. Beləliklə, küçələrin boş olmasına baxmayaraq, “GoogleMaps” proqramında həmin küçələr qırmızı rəngə boyanıb.
 
Servisdən istifadə edən bəzi sürücülər həmin istiqamətlərdə tıxacın olduğunu zənn edərək marşrutlarını dəyişməyə qərar veriblər.
 
S.Vekkert bu hərəkəti ilə müasir dünyanın texnologiya və qacetlərdən necə asılı olduğunu göstərmək istəyib. /Report

Google+ WhatsApp ok.ru