Almaniyalı siyasətçiər ölkədə İslam qanunun hazırlanmasını tələb edir

Almaniyalı siyasətçiər ölkədə İslam qanunun hazırlanmasını tələb edir

Xristian Demokrat Birliyi Partiyasından (CDU) bəzi siyasətçilər İslam dini ilə bağlı xüsusi bir qanunun hazırlanmasını tələb edib.
 
CDU-nun sədr müavini Culiya Klöxner Bild am Sonntag qəzetinə açıqlamasında belə deyib: "Hazırlanacaq bir İslam qanunu Almaniyadakı müsəlmanların hüquq və məsuliyyətlərinə yeni bir hüquqi əsas yarada bilər".
 
Klöxner İslam dini ilə bağlı qanunda müsəlman təşkilatları və məscid icmalarına hüquqi bir status verilməsinin və xaricdən maliyyələşdirilməsinin qadağan edilməli olduğunu bildirib. Klöxner hesab edir ki, bu qanun sayəsində həbsxana, xəstəxana və ya baxım evlərində dini və mənəvi ehtiyacları təmin etməkdə xidmət edəcək din xadimləri tələb edə biləcək və İslam qaydalarına uyğun dəfn edilmə hüququ da tənzimlənəcək. O, Almaniyadakı məscidlərin qanuna uyğun olaraq, qeydiyyatdan keçməsini də tələb edib. "Bu yolla məscidlərin harada və kim tərəfindən maliyyələşdiyini biləcəyik", - deyə Klöxner bildirib.
 
CDU-nun Orta Səviyyəli Mütəxəssislər və İqtisadiyyat Birliyinin baş direktoru Karsten Linnemann da bu təklifi dəstəklədiyini bildirib. "Radikal ideyalar yayılmamalıdır. Bu məqamda açıq və aydın qaydalara ehtiyacımız var", - deyə o bildirib. (deyerler) /

Google+ WhatsApp ok.ru