Almaniya İncirlik bazasından qüvvələrini çıxarır

Almaniya İncirlik bazasından qüvvələrini çıxarır

Almaniyanın xarici işlər naziri Ziqmar Qabriel Türkiyədəki İncirlik bazasından çıxacaqlarını açıqlayıb.
 
Ziqmar Qabriel İncirlikdən çıxmaqla prosesinin bu həftə və ya gələn həftə baş verəcəyini deyib.
 
İyunun 5-də türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə görüşən Qabriel, iki ölkə arasında İncirlik böhranını həll etməyi bacarmayıb. Qabriel məsələnin həll edilməyəcəyi təqdirdə, Almaniya əsgərlərin İncirlikdən çıxarılacağını qeyd edib.
 
Çavuşoğlu Almaniya deputatların İncirliyə səfər etməyəcəklərini, ancaq Konyadakı NATO bazasını ziyarət edə biləcəklərini açıqlamışdır: "Gələcəkdə şərtlər yaranarsa, birgə addımlar atılarsa, İncirlikdə mövcudiyyətimiz mümkün ola biləcək. Hazırda şərtlər Almaniya nümayəndə heyətinin səfəri üçün uyğun deyil". (deyerler) /

Google+ WhatsApp ok.ru