Almaniyanın eks baş naziri: `Rusiyanı təcrid etməyin`

Maide.az xəbər verir ki, Almaniyanın sabiq Federal kansleri Gerhard Şröder həftəlik "Spiegel" qəzetinə müsahibədə Qərbin və Almaniya Federal kansleri Angela Merkelin Rusiya siyasətini tənqid edib. Şröder, "Berlin, Avropa Birliyi Komissiyasına yalnız Ukrayna ilə tərəfdaşlıq müqaviləsi bağlamasına, Rusiya ilə belə bir tərəfdaşlıq müqaviləsi üçün görüşməməsinə icazə verməməli idi", - deyib.
 
Özünün baş nazir olduğu illərdə Rusiyanın G8-dən çıxarılması təklifinə qarşı çıxdığını bildirən Şröder, Rusiyanın beynəlxalq platformadan soyudulmasının da doğru olmadığını bildirib: "Xüsusi ilə böhranların yaşandığı zamanlarda müzakirələr çox vacibdir."
 
Şröder Rusiyanın NATO narahatlığını də anlayışla qarşıladığını, Varşava Paktı ortadan qaldırıldığı halda NATO-nun həm varlığını davam etdirdiyini, həm də şərqə doğru böyük bir irəliləyiş həyata keçirdiyini söyləyib.

Google+ WhatsApp ok.ru