Almaniyanın insan hüquqları üzrə komissarı Leyla və Arif Yunusların həbsi barədə

Almaniya hökuməti insan hüquqları üzrə komissar (ombudsman) Kristofer Ştrasser Leyla və Arif Yunusların həbsini pisləyib.
 
“Mən bu dərəcədə qeyri-proporsional ağır hökmdən sarsıldım. Onları çox yaxşı tanıyıram. Onlar ciddi hüquq müdafiəçiləri, dialoq və barış uğrunda çıxış edən vətəndaş cəmiyyəti fəallarıdır.
 
Mən onların səhhəti ilə əlaqədar 8,5 və 7 il azadlıqdan məhrumetmə barədə hökmü çox pis qarşılayıram.
 
Azərbaycan hökuməti vətəndaş cəmiyyəti fəallarına qarşı repressiyalara son qoymalıdır.
 
Leyla və Arif Yunus ədalətli apellyasiya ilə təmin edilməlidir, belə ki, onların məhkəməsi kobud pozuntularla keçib.
 
Almaniya hökuməti Azərbaycan hakimiyyətini Leyla və Arif Yunusu azad etməyə çağırmağa davam edəcək”, - K.Ştrasserin bəyanatında deyilir. /

Google+ WhatsApp ok.ru