Almaniyanın keçmiş baş naziri: `Putinin addımlarını ciddi qəbul edin`

Almaniyanın keçmiş baş nazirləri olmuş Helmut Şmidt Rusiya və prezidenti Vladimir Putinə qarşı Qərb siyasətçilərinin daha çox anlayış göstərmələri lazım olduğunu, əks təqdirdə Ukrayna böhranının isti müharibəyə çevriləcəyini söyləyib.
 
Maide.az-ın məlumatına görə, Putinin əsl böyük probleminin Ukrayna, Polşa və Litvadan daha çox Çin, Pakistan və keçmiş Sovet İttifaqından qalma respublikalar olduğunu qeyd edən Şmidt, bu səbəbdən Ukraynanın gələcəyinin Putin üçün daha az əhəmiyyət daşıdığını söyləyib.
 
Şmidt, "Bild" qəzetinə müsahibəsində 1990-cı illərin əvvəlində AB-nin Şərqi Avropada yayılma qərarlarının Rusiya prezidenti Boris Yeltsini təəccübləndirdiyini, bunun qisasının bu gün alındığını bildirib. Xələfi Putinin Rusiyaya yenidən beynəlxalq nüfuz qazandırdığını deyən Şmidt, siyasəti Qərbin xoşuna gəlməsə də, tarixi prosesləri anlayaraq hərəkət etmək lazım olduğunu və Putini ciddiyə almaq lazım olduğunu vurğulayıb.

Google+ WhatsApp ok.ru