Azərbaycan, İran, Türkiyə və Rusiya ümumi regional bazar yaradır

Azərbaycan, İran, Türkiyə və Rusiya ümumi regional bazar yaradır

Azərbaycan, İran, Türkiyə və Rusiya ümumi regional bazarın yaradılması barədə razılıq əldə edib.
 
Maide.Az Trend-ə istinadla xəbər verir ki, bunu İranın informasiya və kommunikasiya texnologiyaları naziri Məhəmməd Cavad Azəri Cəhromi deyib.
 
O bildirib ki, regional bazarlar ticari-iqtisadi münasibətlərdə əsas rol oynayır.
 
Nazir qeyd edib ki, İran tərəfi ümumi regional bazarın və hüquqi normaların hazırlanması və yaradılması üçün böyük səylər göstərib: "Bu işlər bizim Rusiya, Türkiyə və Azərbaycanla əməkdaşlığımızın nəticəsi olub və bununla əlaqədar müvafiq memorandumlar imzalanıb".
 
Onun sözlərinə görə, vahid regional bazarın yaradılması məqsədilə Hindistan, Azərbaycan, Türkiyə və Rusiya ilə danışıqlar davam edir: "Bu layihə çərçivəsində Bakı və Tehranda üç iclas keçirilib. İclasların yekunlarına əsasən, ümumi regional bazarın yaradılması üçün əməkdaşlıq barədə saziş imzalanıb".

Google+ WhatsApp ok.ru