Almaniya qəzeti Türkiyə və Səudiyyənin gizli danışıqlarını faş etdi

Türkiyə və Səudiyyə Ərəbistanının Suriyadakı Əsəd hakimiyyətini devirmək üçün hərbi ittifaq qurmağa hazırlaşdığı irəli sürülüb.
 
Maide.az-ın məlumatına görə, "Huffungton Post" yazır ki, Türkiyə və Səudiyyə Ərəbistanı Suriyaya müdaxilə etmək üçün danışıqlar aparır. Qəzetin görüşlərə qatıldığını söyləyən mənbələrə əsaslandırdığı xəbərə görə, Türkiyə ilə Səudiyyə Ərəbistanı arasındakı danışıqlar Qətər vasitəçiliyi ilə aparılır.
 
Görüşlərdə Türkiyənin qurudan əsgər göndərməsini, Səudiyyə Ərəbistanının da hava hücumları ilə dəstək verməsini nəzərdə tutan qərar qəbul etmək üzrə olduğu iddia edilib.
 
Xəbərdə Qətər əmiri Şeyx Tamim bin Həmid Əl-Taninin görüşlərdən ABŞ prezidenti Barak Obamanı da xəbərdar etdiyi deyilir. Ancaq Türkiyə və Səudiyyə Ərəbistanı arasındakı görüşlərə qatıldığını deyən mənbə, danışıqların uğurla getməsi halında, ABŞ-ın razılığı olmadan da Suriyaya müdaxilə ediləcəyini söyləyib.

Google+ WhatsApp ok.ru