Almaniya Səudiyyə rejiminin Yəməndəki müharibə cinayətləri barədə araşdırma aparılmasını istəyib

Səudiyyə Ərəbistanın Yəmənin əl-Məxa limanına  hücumlar etməsi və bu hücumlar nəticəsində 65 sivilin həlak olmasının ardınca, Almaniya hökuməti bu rejimin Yəməndə ehtimal olunan müharibə cinayətləri barədə araşdırmanın aparılmasını istəyib.
Maide.az xəbər verir ki, Almaniya Xarici İşlər Nazirliyinin sözçüsü Susan Şəbla İnsan Haqları Gözətçisi Təşkilatı tərəfindən Ər-Riyada qarşı müharibə cinayətləri ittihamının sürülə biləcəyi barədə jurnalistlərə deyib ki,Səudiyyə Ərəbistanın yəmənli sivillərə qarşı dəhşətli hücumu əslində ciddi bir məsələdir və Almaniya bu məsələ barədə araşdırmanın aparılmasını istəyir. 
İnsan Haqları Gözətçisi Təşkilatı çərşənbə günü Səudiyyə Ərəbistanın başçılıq etdiyi koalisiyanın Yəməndə dəhşətli hücumları barədə araşdırma aparmaqdan çəkinməsini sərt şəkildə tənqid edərək bildirib ki, bu məsələ BMT İnsan Haqları Şurasının Ərəbistan tərəfindən müharibə qanunlarının pozulması halları barədə araşdırma üçün komissiya təşkil etməsini tələb edir./

Google+ WhatsApp ok.ru