Almaniya yəhudiləri islamafob etirazların əleyhinədirlər

Almaniya yəhudilərinin Mərkəzi Şurası ölkədə anti-islam çıxışların artmasına öz etirazını bildirib.
 
Maide.az xəbər verir ki, təşkilatın rəhbəri Jozef Şuster "Vətənpərvər Avropalılar Qərb Ölkələrinin İslamlaşmasına Qarşı" ( PEGİDA) adlı təşkilatın fəaliyyətini sərt tənqid edib. 
Yəhudi din xadiminin sözlərinə görə, fəalların "İslam Avropanın əsas dininə çevrilə bilər" düşüncəsi absurd fikirdir.
 
Almaniya yəhudilərinin lideri həmçin, etiraz aksiyalarının təşkilatçılarını irqçilikdə ittiham edib, ölkə hakimiyyətini PEGİDA təşkilatının fəaliyyətinə diqqətli yanaşmağa çağırıb.
 
Xatırladaq ki, PEGİDA təşkilatının rəhbərliyi ilə Drezdendə baş tutan anti-islam aksiyada 15 000-dən artıq insan iştirak etmişdi. Aksiyaçılar və təşkilat üzvlərinin sözlərinə görə, "Drezdendə son illər ərzində müsəlman miqrantlar o qədər artıb ki, bizim şəhərdə artıq alman dilində danışan insan tapılmayacaq". 
 
Almaniya şəhərində irimiqyaslı anti-islam askiyasına, dekabrın 15-də Angela Merkelin çıxışı səbəb olmuşdu. Merkel çıxışında almanları miqrantlara qarşı hörmətlə yanaşmağa çağırmışdı. 

Google+ WhatsApp ok.ru