Almaniya yığması AVRO-2016 üçün heyətini açıqlayıb

Futbol üzrə Almaniya yığmasının 2016-cı il Avropa çempionatı üçün yekun heyəti açıqlanıb.

Maide.Az Almaniya Futbol İttifaqının rəsmi saytına istinadən verdiyi məlumata görə, baş məşqçi Yoahim Löv Dortmund "Borussiya"sının yarımmüdafiəçisi Marko Röysü 23 nəfərlik heyətə daxil etməyib.
 
Fransaya "Hoffenhaym"ın müdafiəçisi Sebastyan Rudi, "Bayer"in yarımmüdafiəçiləri Yulian Brandt və Kərim Bellarabi də aparılmayacaq.
 
Əvəzində heyətdə Türkiyənin "Beşiktaş" və "Qalatasaray" klublarında çıxış edən futbolçular yer alıb:
 
Qapıçılar: Manuel Nöyer ("Bavariya"), Bernd Leno ("Bayer"), Mark-Andre ter Ştegen ("Barselona", İspaniya)
 
Müdafiəçilər: Jerom Boatenq ("Bavariya"), Emre Can ("Liverpul", İngiltərə), Yonas Hektor ("Köln"), Benedikt Hövedes ("Şalke 04"), Mats Hummels ("Bavariya"), Şkodran Mustafi ("Valensiya", İspaniya), Antonio Rüdiger ("Roma", İtaliya)
 
Yarımmüdafiəçilər: Yulian Draksler ("Volfsburq"), Sami Xedira ("Yuventus", İtaliya), Coşua Kimmix ("Bavariya"), Toni Kroos ("Real Madrid", İspaniya), Tomas Müller ("Bavariya"), Mesut Özil ("Arsenal", İngiltərə), Bastian Şvaynştayger ("Mançester Yunayted", İngiltərə), Yulian Vayql ("Borussiya" Dortmund, Almaniya)
 
Hücumçular: Mario Qomes ("Beşiktaş", Türkiyə), Mario Götse ("Bavariya"), Leroy Sane ("Şalke 04"), Lukas Podolski ("Qalatasaray", Türkiyə), Andre Şürrle ("Volfsburq", Almaniya).
 
Qeyd edək ki, Almaniya millisi AVRO-2016-da Ukrayna, Polşa və Şimali İrlandiya ilə birgə C qrupunda yer alıb. "Bundestim" son dünya çempionatının qalibidir. /

Google+ WhatsApp ok.ru