Alman polisi 4 şəhərdə məscidlərə basqın edib 30 Aprel 2020 12:31 Dünya Alman polisi bu səhər Livan icması tərəfindən istifadə olunan Əl-Ərşad Mərkəzi də daxil olmaqla bir çox məscidə basqın edib. Maide.Az xəbər verir ki, reyd məscidin Hizbullah fəallarını işə götürmək və ianələr vasitəsilə təşkilatı maliyyələşdirmək üçün əlverişli baza rolunu oynadığına dair şübhələrlə baş tutub. Almaniya Hizbullahın ölkədəki fəaliyyətini qadağan etmək qərarına gəlib. Bu barədə Daxili İşlər Nazirliyindən açıqlama verilib. Bu qərardan sonra Hizbullahla əlaqədə ittiham olunan dörd məscid və dərnəkdə əməliyyat keçirilib. Əməliyyat keçirilən şəhərlər Berlin, Bremen, Münster və Dortmunddur. Xatırladaq ki, Hizbullahın hərbi qanadı 2013-cü ildə Avropa Birliyi tərəfindən "terror təşkilatları" siyahısına daxil edilib. ABŞ və İsrail rejimi uzun müddətdir Hizbullahın qadağan edilməsi üçün Almaniyaya təzyiq göstərir. Almaniyada Hizbullah üzvlərinin sayının təxminən 50 min olduğu ehtimal edilir. Teqlər : #Alman,#polisi,#şəhərdə,#məscidlərə,#basqın,#edib, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru AB-dən addım: COVİD-19 pasportu hazırlana bilər Afrika təkcə keçən il 105 fərqli epidemiya ilə mübarizə aparıb
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO